Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkilərində “pul”un hökmranlığı - Aralıq seçkilərdə yenə “pul” danışıdı...

Mənşəyi məlum olmayan pulların dolayı yolla seçki kampaniyalarına köçürülməsi isə problemin başqa tərəfidir...

Abdulla Muradoğlu
“Yeni Şəfəq” qəzeti, 15.11.2022

ABŞ-ın “latın” seçicilərinin cəmləşdiyi Nevada ştatında səslərin hesablanması başa çatdıqdan sonra Senatın taleyinə aydınlıq gəlib. Nevada ştatında latın əsilli Demokrat Partiyasının namizədi Ketrin Kortez Masto yqazandı və beləliklə, latın seçicilər Senatın açarını demokratlara verdilər. Hazırda Demokratlar ABŞ Senatında 50, Respublikaçılar isə 49 yer qazanıblar.

Corciya ştatında namizədlər 50 faizi keçə bilmədiyi üçün dekabrın 6-da ikinci tur keçiriləcək. Respublikaçı namizəd qalib gəlsə belə, demokratlar Senatdakı çoxluğa nəzarət edəcəklər. Senatda səsvermənin nəticələrinin 50-yə qarşı 50 olduğu hallarda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin səsi həlledici olacaq. Qanunvericiliyə görə, vitse-prezident həm də “Senatın sədri” vəzifəsini daşıyır və bərabər səslərin gedişatını dəyişə bilər.

Adətən Demokratlar ABŞ-da “Ağ Ev”i əllərində tutarkən, aralıq seçkilərdə respublikaçılar ümumilikdə Nümayəndələr Palatası və Senata nəzarət etmək səlahiyyətini əldə edirdilər. Respublikaçılar Ağ Evə nəzarət edəndə isə Demokratlar hər iki Palatada qalib gəlirdi. Beləliklə, Ağ Evlə iki qanadlı Amerika Konqresi arasında “balans-nəzarət” sistemi fəaliyyət göstərirdi. Bu, Amerika administrasiyasının adi “ikipartiyalı əməkdaşlığını” gücləndirən sistem idi. Görünür ki, siyasi, mədəni və ideoloji qütbləşmənin dərinləşməsi ilə əlaqədar olaraq sistem dəyişməyəa başlayıb. Bunda iki partiyanın “Mərkəzçi” qanadlarının zəifləməsinin böyük payı var.

Senatda səs çoxluğu əldə etsələr belə, demokratlar respublikaçıların dəstəyinə ehtiyac duyurlar. Vacib qanun layihələrini qəbul etmək üçün Senatın üçdə ikisi tələb olunur. Belə hallarda hər iki tərəf güzəştə getməlidir. Qütbləşmiş siyasi mühitdə iki partiyanın barışması asan deyil və buna görə də bir çox qanun layihələri ya ortada qalır, ya da yenidən müzakirəyə çıxarılır. Təbii ki, qanun layihələrində edilən güzəştli dəyişikliklər hakim partiya üçün problemlər yarada bilər.

Senatda bəzi məsələlərlə bağlı səsvermələrdə respublikaçıların tərəfində olan demokratlar da var. Bir-iki senatorun öz qrupları ilə konfliktdə olması respublikaçıların əlini gücləndirir. Əvvəlki dövrdə tez-tez şahid olduğumuz kimi, “İçdə Respublikaçı” olduğlarına görə ittiham olunan iki Demokrat senator Bayden Administrasiyasına və Senatdakı Demokratik sədarətə ciddi problemlər yaradacaq. Buna görə də Demokratların Senatda 50-dən çox yerə sahib olması çox vacibdir. Beləliklə, dekabrın 6-da Corciya ştatında keçiriləcək seçkilərin ikinci turu çox şeyi həll edəcək.

Əvvəlki dövrdə Demokratların Sol qanadı Senatda bütün qanun layihələrinin “sadə səs çoxluğu” ilə qəbul edilməsinə cəhd etmişdi. Partiyanın Mərkəzçi qanadı isə bu cəhdləri “qurulmuş nizam”ın tərkib hissələri olan “İkipartiyalı uzlaşma” praktikasını pozacaqlarını əsas gətirərək rədd edirdi. Mərkəzçilər həmçinin qeyd edirdilər ki, Respublikaçılar Senata nəzarəti ələ keçirsələr, onlar “sadə çoxluq” sistemindən sui-istifadə edəcəklər. Digər tərəfdən, “ixtisaslı əksəriyyət” Mərkəz qanadlarına öz üzgəclərini idarə etməyə imkan verir.

Diqqət çəkən məsələlərdən biri də odur ki, 8 noyabr seçkilərində əvvəlki aralıq seçkilərlə müqayisədə xeyli çox vəsait xərclənib. “Böyük pul”un seçkilərdə rolu uzun müddətdir ki, müzakirə olunur və ümumi fikir belədir ki, seçkilərdə “böyük pul demokratiyanı zəiflədir”. Mənşəyi məlum olmayan pulların dolayı yolla seçki kampaniyalarına köçürülməsi isə problemin başqa tərəfidir. Xüsusilə, Demokratların sol qanadları siyasi qərarların qəbulu üzərində şəxsi maraqların təsirini sarsıtmaq üçün ianələrin məhdudlaşdırılmasını istəyir.

ABŞ-da “pul”un seçkilərə və dövlət siyasətinə təsirini izləyən “OpenSecrets”in məlumatına görə, aralıq seçkilər üçün xərclənən məbləğ təxminən 17 milyard dollardır. Bu pulların gəldiyi mənbələr, böyük silah şirkətləri, kriptovalyutalar, enerji, maliyyə və texnologiya sektorlarıdır. Yenə “OpenSecrets”in təhlilinə görə, deputat seçkilərinin 96 faizi ən çox pul xərcləyən namizədlər tərəfindən qazanılır.

Corc Soros, Peter Thiel, Paul Singer, Kenneth Griffin, Richard Uihlein, Steve Wynn və Sam Bankman-Fried başda olmaqla, təkcə milyarderlərin seçki kampaniyasına etdikləri ianələrin məbləği 1,2 milyard dollardır.

Amerikada namizədlərin siyasi dəyəri də, onların topladığı ianələrin miqdarı ilə ölçülür. Daha az pul toplayan namizədlər çox vaxt ilkin seçkilərdə sıradan çıxarılır və ya məğlub olurlar. Amerikalı jurnalist Qreq Palast 2002-ci ildə nəşr olunan kitabını “Pulla satın ala biləcəyiniz ən yaxşı demokratiya” adlandırıb. 20 il keçsə də, vəziyyət dəyişməyib.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay